Bakıda vә әtraf bölgәlәrdә yerlәşәn mәscidlәrdә bayram namazı qılınıb

Bu gün Ramazan bayramıdır

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 15 Iyun 2018, 14:48

Bu gün Ramazan bayramı ilə əlaqədar paytaxt Bakıda və ətraf bölgələrdə yerləşən məscidlərdə bayram namazı qılınıb.

 

İnterAz xәbәr verir ki, Bakıda yerləşən Təzəpir məscidində saat 09.00-da başlayan bayramı namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

 

Məscidlərdə bayram namazından sonra möminlər bir-birini təbrik ediblər, Azərbaycanın ərazi bütövlüyünün bərpası, dövlətimizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua ediblər.

Ən çox oxunan