Sumqayıtda mәscidlәrdә bayram namazı qılınıb

Bu gün Ramazan bayramıdır

Sumqayıt, Səbuhi Vaqifoğlu, İnteraz - 15 Iyun 2018, 11:40

Mübarək Ramazan ayının başa çatması ilə əlaqədar ölkə boyu bütün məscidlərdə bayram namazı qılınıb.

 

İnterAz xәbәr verir ki, Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən “Cümə” məscidində də bayram namazı qılınıb. Məsciddə bayram namazı ilahiyyatçı Hacı Sahib Məmmədovun imam-camaatlığı ilə qılınıb. Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər. 

 

Bildirək ki, bu gün ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub. 

 

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə may ayının 17-də başlayıb. Bayram isə iyunun 15-nə təsadüf edir.

 

Əziz müsəlmanlar bayramınız mübarək!

Ən çox oxunan