İnterAz Ramazanda “İsraf və dəbdəbədən uzaq, sadə iftar süfrəsi!” aksiyasını bu il də davam etdirir

Aksiya çərçivəsində qeyd olunan məsələlərin İnterAz televiziya kanalı və rəsmi saytı və SalamNews İnformasiya Agentliyi vasitəsilə təbliğinə geniş yer veriləcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 May 2019, 13:06

İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı bu il də davam etdirəcək. Aksiyanın şüarı "İsraf və dəbdəbədən uzaq, sadə iftar süfrəsi" adlanır.

 

Aksiyanın keçirilməsində məqsəd israfçılığın hər mənada zərərli və bəyənilməz xüsusiyyət olmasını, xüsusilə Ramazan ayında imsak və iftar süfrələrində israfçılığın yolverilməz olduğunu, bu əməlin müqəddəs Ramazan ayının əsl hədəfilə ziddiyyət təşkil etdiyini insanlara çatdırmaq, əvəzində isə qənaətcillik xüsusiyyətinin təbliği, Allah-taalanın sadə və dəbdəbədən uzaq iftar süfrələrini bəyənməsini təbliğ etməkdir.

 

Aksiya çərçivəsində qeyd olunan məsələlərin İnterAz televiziya kanalı, rəsmi saytı və SalamNews İnformasiya Agentliyi vasitəsilə təbliğinə geniş yer veriləcək. Eyni zamanda tanınmış ilahiyyatçıların, ictimai xadimlərin mövzu ilə bağlı fikirləri öyrənilərək yayımlanacaq.

Ən çox oxunan