Nardaranda “Rəhimə xanım” ziyarətgahında iftar süfrəsi açılıb

İftar mərasimində Qurani-Kərim tilavət edilib, dualar oxunub...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 May 2019, 14:42

Mayın 23-də Nardaran qəsəbəsində yerləşən “Rəhimə xanım” ziyarətgahında Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

 

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan C.Əliyev iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. Qeyd edib ki, İslam peyğəmbəri bu ayı “İlahi ziyafət” adlandırır. Hər bir oruc tutan Allaha qonaqdır, Allah da öz qonaqları qarşısında mənəvi və maddi nemətlərlə dolu bir süfrə açır.

 

Digər çıxışlar zamanı qeyd olunub ki, Ramazan sevgi, mərhəmət, xeyirxahlıq, mənəvi yenilənmə ayıdır. Bu müqəddəs ayın cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsində xüsusi əhəmiyyəti var.

 

İftar mərasimində Qurani-Kərim tilavət edilib, dualar oxunub.

Ən çox oxunan