Azərbaycanda ayın görünəcəyi vaxt açıqlanıb

Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olur...

Bakı, Aytən Əliyeva, İnteraz - 04 Iyun 2019, 12:37

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramının hansı gün qeyd olunması ilə bağlı ənənəvi suallara aydınlıq gətirib.

 

Qurumdan İnterAz-a verilən məlumata görə, Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki, yeni ay 3 iyun 2019-cu il tarixində 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

 

Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.

 

Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olur. Odur ki, Azərbaycanın üfüqündə Şəvval ayının Hilalı 4 iyun tarixində - axşam saatlarında 20:20 - 21:06 radələrində gözlə görünəcək.

 

Qeyd edək ki, bu münasibətlə iyunun 5-i saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.

Ən çox oxunan