Moskvada bayram namazı qılınıb

Ramazan bayramı ilə əlaqədar Rusiyanın paytaxtı Moskvanın Cümə məscidində bayram namazı qılınıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 May 2020, 15:14

Ramazan bayramı ilə əlaqədar Rusiyanın paytaxtı Moskvanın Cümə məscidində bayram namazı qılınıb.

 

İnterAz-ın məlumatına görə, Ramazan bayramı münasibəti ilə möminləri təbrik edən Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin islam dünyasında baş verən haqsızlıqlara, müharibələrə diqqət çəkib. Sonra mərasimdə Rusiya hakimiyyət orqanlarının təbrik məktubu səsləndirilib, iki rükətli bayram namazı qılınıb.

 

Məscidə toplaşan ziyarətçilər karantin qaydalarına əməl edərək tibbi maskada olublar.

 

Ən çox oxunan