Allahşükür Paşazadə Ramazan ayının başlanma tarixi ilə bağlı iradlara münasibət bildirib

...Ramazan ayı ilə bağlı hələki iclas etməmişik

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 15:18

Ramazan ayı ilə bağlı hələki iclas etməmişik. Biz Ramazan ayı ilə bağlı fətva verəndə yeni bir şey etmirik. Bu ayı Allah-Təala yaradıb. Ay bəzən bir gün sonra görünür.

 

İnterAz-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

 

A.Paşazadə bildirib ki, bu elmi məsələdir, rəsədxana hansı məlumatları bizə versə ona uyğun da qərar veriləcək.


Ola bilər ki, ay bizim üfüqdə tez və ya gec görünsün. Bu məsələ bizdən asılı deyil.

Ən çox oxunan