Oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır - Ramazan ayının 21-ci gününün duası

Ramazan bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 00:00

 Ramazan bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır.

 

İnterAz xəbər verir ki, bu gün Ramazan ayının 21-ci günüdür.

 

Bu günün duası belədir:

 

"Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".

 

Tərcüməsi:

 

"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"

 

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı "İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi"dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Ən çox oxunan