Şuşada bayram namazı qılınacaq

...Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 May 2021, 10:24

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq. 

 

İnterAz xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.

 

29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq. 

 

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-si və 13-ü “Xarıbülbül” musiqi festivalı keçirilir. 

Ən çox oxunan