Ramazan ayında edilən dualar Allah dərgahında qəbul edilir – İlahiyyatçı

Ramazan üçün digər bir imtiyaz orada yatanların yuxularının belə ibadət hesab edilməsidir

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 22 Iyun 2015, 17:11

“Məhəmməd peyğəmbərdən (s)  nəql edilmiş Şabaniyyə xütbəsində əsasən, orucluğun digər aylardan 4 fərqli cəhəti vardır ki, onlardan biri, də bu ayda edilmiş duaların qəbul edilməsi məsələsidir.”

 

İnterAz xəbər verir ki, bu fikirləri ilahiyyatçı din xadimi Ramin Dadaşov mübarək Ramazan ayı ilə bağlı verdiyi müsahibədə söyləyib.

 

İlahiyyatçı əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) Ramazan ayının gəlişi ilə bağlı buyurduğu Şabaniyyə xütbəsinə toxunaraq, burada orucluq üçün qeyd edilən 4 fərqli cəhəti belə şərh edib:

 

“Bu ayda edilən dualar Ramazan ayı olduğunu görə qəbul olunur. Digər aylarda nəzərdə tutulan məkan zaman və digər şərtlər əsas götürülmür. İkinci fərqli cəhət əməllərimizin qəbul edilməsidir. Ramazan üçün digər bir imtiyaz orada yatanların yuxularının belə ibadət hesab edilməsidir. Oruc olan insanların nəfəs alması onların ibadəti hesab edilir. Ramazan ayının bu və digər özəllikləri vardır ki, onlardan biri də şeytanın zəncirlənməsidir.”

 

Ən çox oxunan