Ürəyim təmizdir bəhanəsi ilə ibadət etməyənlər şeytanın toruna düşən şəxslərdir – İlahiyyatçı

Aslan Həbibov: “Əməl imanın göstəricisidir, ona görə ibadətsiz səadətə nail olunmaz”

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 24 Iyun 2015, 10:23

“Ürəyim təmizdir, ibadətə ehtiyacım yoxdur deyən tənbəlləşmiş insanlar, şeytanın toruna düşənlərdir”

 

Bu fikirləri İnterAz-a ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov mübarək Ramazan ayı ilə bağlı verdiyi müsahibəsində söyləyib. 

 

İlahiyyatçı onu da qeyd edib ki, müsəlmanlar arasında tez-tez ifadə edilən “namaz qılmasam da ürəyim təmizdir” fikrinə aydınlıq gətirərək, belə bir insanların şeytanın toruna düşdüyünü deyib.

 

“Bu ifadəni bildirən insanlar gecədən səhərə qədər ibadətlə məşğul olan Məhəmməd peyğəmbər(s) və İmam Əliyə (ə) qarşı hansı fikridədirlər?! Bəs peyğəmbər və imamın qəlbi təmiz deyildi?! Təbii ki onların qəlbi hamıdan təmiz idi. Lakin onlar ibadətin və əməlin zəruriliyini anlayırlar. Çünki əməl imanın göstəricisidir. Əməl olmasa imanın olduğunu iddia edə bilməzsən.”

 

İlahiyyatçı daha sonra ibadətə rəğbət göstərməyən insanların ramazanda bu işlərə meylli olmasını müsbət qiymətləndirib və onları bu işlərə daha çox həvəsləndirməyi zəruri hesab edib.

 

 

Ən çox oxunan