İbadətlərdə insan iradəsindən əlavə Allahın yardımı da mühümdür – Ramazanın 7-ci günün duası

"İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol"

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 24 Iyun 2015, 10:48

“İnsanın qərar verməsi və iradəsi onun yolunu müəyyənləşdirən əsas amildir. Lakin insan gündəlik işlərində, ibadətlərində və eləcə də günahlardan uzaq durmaq üçün göstərdiyi səylər zamanı Allahın yardımına möhtacdır.”

 

İnterAz xəbər verir ki, bu gün müqəddəs ramazan ayının 7-ci günüdür. Belə bir gün üçün nəzərdə tutulmuş münacatda insana, hətta ibadətlərdə belə Allahdan yardım diləmək tövsiyə olunur. İnsan belə bir gündə Allahdan ona ibadətlərin şirinliyini dadızdırmağı istəməlidir.

 

Ramazan ayının 7-ci gününün duası:

 

Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin. 

 

Tərcüməsi:

 

İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!

 

Ən çox oxunan