Allaha dua etməmişdən öncə nəyə möhtac olduğumuzu müəyyənləşdirməliyik - İlahiyyatçı

“İnsanlar ilk növbədə öz ehtiyaclarını tanımalı daha sonra Allahdan nə istədiklərini bilməlidirlər".

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 24 Iyun 2015, 10:54

“İnsanlar ilk növbədə öz ehtiyaclarını tanımalı daha sonra Allahdan nə istədiklərini bilməlidirlər. İnsanların əksəriyyətinin imana ehtiyacı olduğu halda Allahdan dünya malını istəyirlər”

 

Bu fikirləri İnterAz-ailahiyyatçı Emil Rahiloğlu deyib.

 

İlahiyyatçı verdiyi müsahibədə digər aylarla müqayisədə insanların müqəddəs Ramazanda daha çox Allah dua etdikləri məsələsinə toxunub. Onun sözlərinə görə, əksəriyyət Allahdan dünya malı kimi xırda məsələləri istəyir, hal bu ki bundan öncə daha mühüm olan axirət məsələsi var.

 

“Hətta insan müəyyən bir marketə gedəndə ilk öncədən öz möhtac olduğu və alacaqlarını müəyyənləşdirir. Tərəvəz alan, digər ərzaq bölmələrinə müraciət etmir. Biz insanlar mənəviyyata daha möhtac olduğumuz halda Allahdan dünya malını istəyirik. Allah Qurani-Kərimidə buyurur ki O, hər cəhətdən ehtiyacsız, siz isə hər baxımdan yoxsulsunuz. İnsan hətta dünyaya gəlişində belə qərara verə bilmir və bu baxımdan yoxsuldur və ixtiyarı öz əlində deyil. Buna görə  Allahdan istədikdə layiqli bir şeydə dua edək ”

 

Ən çox oxunan