Allah müqəddəs Ramazanla ona olan eşqimizi sınağa çəkmək istəyir – İlahiyyatçı

Mömin bir aşiq öz rəbbinə olan eşqini sübut etdiyində bir həzzə nail olur və bu həzz onun üçün qalıcı olur

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 25 Iyun 2015, 12:48

“Ramazan ayında tutulan orucların bir məqsədi də Allahın sınağından keçməkdir. Allah öz aşiqlərinə halal olan şeylərdən belə çəkinməyi əmr edir və onların eşqini sınağa çəkir. Yekunda demək olar ki Ramazan ayının məqsədi cismə müəyyən çətinliklər verib ruhu böyütməkdir.” 

 

Bu fikiriləri İnterAz-a ilahiyyatçı Bəhruz Camal verdiyi müsahibəsində söyləyib.

 

İlahiyyatçı mübarək Ramazan ayında inanclılara vacib buyurulmuş orucun hikmətini açıqlayarkən, burada daha çox ilahi eşqin öndə durduğunu vurğulayıb. Onun sözlərinə görə, insan Allah olan eşqini sübut etmək istəyirsə, öncədən buyurulmuş halallardan imtina etməli və bəzi məhrumiyyətləri yaşamalıdır. Yalnız belə olan halda o, öz eşqini məşuquna bildirmək iqtidarında olacaqdır.

 

B. Camal bildirib ki, mömin bir aşiq öz rəbbinə olan eşqini sübut etdiyində bir həzzə nail olur və bu həzz onun üçün qalıcı olur.

 

Ən çox oxunan