Bütün nemətlərdən üstün Allahın razılığını əldə etməkdir – Ramazan ayının 9-cu gününün duası

“Mömin Allahı qəzəbləndirən amillərdən uzaq durmalı, onu razı salan işlərə doğru can atmalıdır”

Bakı , Xəyal Şükür, İnteraz - 26 Iyun 2015, 11:43

İnterAz xəbər verir ki, bu gün mübarək Ramazan ayının 9-cu günüdür. 

 

Hədislərdə bu gün üçün nəzərdə tutulmuş münacatda inanclılara Allahdan böyük nemətləri diləmək tövsiyə edilir.

 

Bu diləklərin arasında Allahın razılığı ən üstün nemət kimi qiymətləndirilir. Qurani-Kərimdə tövbə surəsinin 71-ci ayəsində mömin kişi və qadınlar əbədi cənnətlə müjdələnirlər. Lakin ayənin sonunda bildirilir ki, Allahın mömindən razı qalması daha böyük bir ilahi məqamdır. 

 

Ramazan ayının 9-cu gününün duası:

 

Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin. 

 

Tərcüməsi:

 

İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!

 

Ən çox oxunan