Oruc və digər ibadətlərin məqsədi insanın ehtiyacını ödəməkdir – ilahiyyatçı Şahin Həsənli

"İnsanın ruhi dərinliklərində olan ehtiyacları üzə çıxarsa o zaman ibadətlərdən zövq almağa başlayacaq"

Bakı , Xəyal Şükür, İnteraz - 26 Iyun 2015, 15:18

“Allahın bizim etdiyimiz ibadətlərə ehtiyacı yoxdur. Əslində Ramazanın orucu və digər ibadətlər insanın ehtiyacının aradan qaldırılması üçün nəzərdə tutulub. Çünki ibadət və pərəstiş fitri olaraq insan daxilində bir ehtiyacdır. İnsan daima pərəstiş etmək istəyir. Şəriətdəki ibadətlər bu  ehtiyacı aradan qaldırır” 

 

Bu fikirləri İnterAz-a  ilaniyyatçı Şahin Həsənli deyib.

 

İlahiyyatçı verdiyi müsahibədə Ramazan ayında fərz edilmiş orucun hikmət və fəlsəfəsini açıqlayıb.

 

“İnsanın ehtiyacları fərqlidir. Aşkarda görünən ehtiyac və insanın ruhi qatında olan ehtiyaclar. Aşkarda görünən ehtiyacları və onun ödənilməsi yollarını bizim görməyimizlə yanaşı digərləri də rahat şəkildə görür. Biz üzdə olan qidalanma və cinsi meyllik kimi istəkləri tez anlayır və tez görürük. Amma insanın ruhi dərinliklərində olan ehtiyaclar üzə çıxarsa o zaman ibadətlərdən zövq almağa başlayacağıq. Belə olan halda insan ibadət edən halda ruhunun gücləndiyini görəcək. Ona görə, mübarək Ramazan orucu da daxil olmaqla bütün ibadətlər insanın pərəstiş hissi və bu zəmində olan ehtiyacını cavablandırır.”

 

Ən çox oxunan