İmanın əsas şərtlərindən biri işlərdə Allaha arxalanmaqdır - Ramazan ayının 10-cu günün duası

Artıq inanclılar orucluğun üçdə bir hissəsini arxada qoymuş və Ramazanın mənəvi xassələrini təcrübədən keçirmişlər

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 27 Iyun 2015, 11:29

“Bir çox Quran ayələrində və eləcə də hədislərdə Allaha təvəkkül etmək və işlərin həllində ona arxalanmaq mömin insanın əsas xüsusiyyətlərindən biri kimi qələmə verilir”

 

İnterAz xəbər verir ki, bu gün mübarək Ramazan ayının 10-cu günüdür. Artıq inanclılar orucluğun üçdə bir hissəsini arxada qoymuş və Ramazanın mənəvi xassələrini təcrübədən keçirmişlər. Oruc tutan insan ac-susuz qalmaqla yanaşı mənəvi baxımdan da bir sıra sadə təmrinləri sınaqdan keçirmişlər. Bu zəmində imanın güclənməsinə səbəb olan amillərdən biri də inanclının təvəkkül hissi ilə yaşaması, yəni hər bir işin həllində Allaha arxalanması və ümid etməsi hissidir.

 

Ramazan ayının 10-cu gününün duasında da bu öz əksini tapmışdır:

 

Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.

 

Tərcüməsi:

 

İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!

 

Ən çox oxunan