Ramazan ayında oruc tutanlar özlərini başqa bir fəzada hiss edirlər - Şahin Həsənli

"Təbii ehtiyaclarımızdan uzaqlaşmaq insanlara mənəvi anlar yaşadır"

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 27 Iyun 2015, 12:37

“Vacib əməllərin arasında Ramazan orucunun özünəməxsus yeri var. Ramazanın orucu bu mübarizədə kluminasiya və pik nöqtəsində yerləşir. Çünki insan burada təbii ehtiyacları ilə də mübarizə aparır. İnsan bu ayda ən zəruri ehtiyaclarından özünü məhrum edirsə, öz daxilindəki mənəmçilik maneəsini aşmış olur.”

 

Bu fikirləri İnterAz-a ilahiyyatçı din xadimi Şahin Həsənli deyib.

 

İlahiyyatçı Ramazan ayında oruc tutan şəxsin nəfslə mübarizə aparması yollarını, ibadətin hikmət və fəlsəfəsini, ibadətlərə olan həvəsin formalaşması yollarından danışıb.

 

Şahin Həsənli bildirib ki, Ramazan ayının orucu nəfslə mübarizənin pik və kluminasiya nöqtələrində yerləşir və mühüm rol kəsb edir.

 

“Biz Ramazanda öz təbii ehtiyaclarımıza qarşı gedirik. Təbii ehtiyaclarımızdan uzaqlaşmaq insanlara mənəvi anlar yaşadır. Ramazan ayında bunu etməklə sanki başqa bir fəzada yaşadığını hiss edirsən. Anlayırıq ki, yaradılmağımızın məqsədi yemək, içmək yatmaq deyil. Burada daha ülvi məqsəd və məramlar var. Ramazan ayı bizi özümüzə qaytarır. Bütün bunlardan sonra etdiyimiz ibadətlərə axirətə yəqinliyimiz artır.”

 

Ən çox oxunan