Mömin insan əlindəkilərə qane olmalıdır – 12-ci günün duası

Mömin digərlərinin əmlakına göz dikməməklə yanaşı əlindəki ilə də qane olmalıdır – 12-ci günün duası

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 29 Iyun 2015, 11:18

Quran-Kərim və hədislərdə mömin insan üçün deyilən sifətlərdən biri də aza qane olmaq və camaatın əlindəkilərdən tamah salmamaqdır

 

İnterAz xəbər verir ki, bu gün ramazan ayının 12-ci günüdür. Belə bir gün üçün nəzərdə tutulmuş duada müsəlmandan tələb edilir ki, əldə etdiyinə qane olub, kifayətçilik libasını geyinsin. Hədislərdə insanın qənaət sifəti, onun üçün tükənməz xəzinə kimi vəsf edilir. Aza qane olan digərlərinin ömür boyu axtardığını axtarmır və onların sərf etdiyi enerjini bihudə hesab edir. Bu minvalla o, adi insanların möhtac olduğuna ehtiyacı olmur.

 

Ramazan ayının 12-ci gününün duası:

 

"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və aminni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin". 

 

Tərcüməsi:

 

"İlahi, bu gün günahlarımı gizlətmək və mənə iffət verməklə məni zinətləndir. Bu gün mənə qənaət və kifayət libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi".

 

Ən çox oxunan