Ramazan tövbə üçün misilsiz fürsət ayıdır – İlahiyyatçı

"Ramazan ayı yeni ibadətə başlamaq istəyənlər üçün, digərlərindən halallıq almaq üçün və möminlərin özlərini daxilən hesaba çəkmək üçün də fürsətdir"

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 29 Iyun 2015, 11:30

“Ramazan ayı fərdin və cəmiyyətin tərbiyəsi üçün, insanın Allah qarşısında tövbə etməsi üçün misilsiz fürsət ayı hesab edilir” 

 

Bu fikirləri İnterAz–a AMEA-ın Şərqşünaslıq İnstitutun aparıcı elmi işçisi, ilahiyyatçı dinşünas Elvüsal Məmmədov bildirib.

 

E.Məmmədov verdiyi müsahibədə bildirib ki, Ramazan ayı öz abu-havasına görə, cəmiyyətin tərbiyəsinə, insanların Allaha qayıdışına mühüm zəmin yaradır və şeytan bu ayda zəncirləndiyinə görə insanın tövbəsi üçün fürsət yaranır. 

 

O, həmçinin qeyd edib ki, Ramazan ayı yeni ibadətə başlamaq istəyənlər üçün,  digərlərindən halallıq almaq üçün və möminlərin özlərini daxilən hesaba çəkmək üçün də fürsətdir.

 

 

Ən çox oxunan