Kamil oruc insanı günahdan saxlamalıdır – İlahiyyatçı

İlahiyyatçı Ramazan ayı ilə bağlı verdiyi müsahibədə orucun insan mənəviyyatına verdiyi faydalardan danışarkən onun günahlardan uzaqlaşmaqla bağlı mühüm təsirinə də toxunub

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 30 Iyun 2015, 10:51

 “Oruc yalnız ac-susuz qalmaqdan ibarət deyil. Əgər belə olsaydı oruc ülvi fəlsəfəyə malik olmazdı. Orucun məqsədi insanda mənəvi məqam olan təqvanın formalaşdırmaqdır. Belə olan oruc insanı günahdan sığortalayar.”

 

Bu fikirləri İnterAz–a AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi ilahiyyatçı – dinşünas Elvüsal Məmmədov bildirib.

 

İlahiyyatçı Ramazan ayı ilə bağlı verdiyi müsahibədə orucun insan mənəviyyatına verdiyi faydalardan danışarkən onun günahlardan uzaqlaşmaqla bağlı mühüm təsirinə də toxunub.

 

“Sırf ac-susuz qalmaq oruc tutanları ibadətlərin zirvəsi olan təqva məqamına çatdıra bilməz. Elə olsaydı dünyada ac qalanların çoxusu təqvalı insan sayılardı ki bu belə deyil. Allahı yaşayaraq ac qalmaq başqa şeydir. Mənəviyyatını təmizləmək, nəfsini təzkiyə etmək məqsədilə tutulan oruc başqa şeydir. Belə bir oruc insanı qarşısına çıxan günahlardan da sığortalaya bilər.”

 

Ən çox oxunan