Həqiqi təskinliyi və əminliyi yalnız Allahın yanında tapmaq olar – Ramazanın 15-ci günün duası

İnsana həqiqi mənada əmin-amanlıq hissini yalnız Allah yaşada bilər

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 02 Iyul 2015, 10:18

Allahın adlarından biri də “mömin”-dir. Bu, o deməkdir ki, ruhi və mənəvi rahatlığı, təskinlik , xatircəmlik və əmin-amanlıq hissini inanclılara yalnız Allah bəxş edir

 

İnterAz xəbər verir ki, bu gün mübarək ramazan ayının 15-ci günüdür. 

 

Hədislərdə belə bir gün üçün nəzərdə tutulmuş münacatda oruc tutan müsəlmana tövsiyə edilir ki, qəlbində Allaha qarşı xof yaratsın. Çünki belə bir xof hissi insanı daha çox itaətkar olmağa sövq edir. İtaət etdikdən sonra möminin qəlbində özünəməxsus şəkildə aramlıq rahatlıq təskinlik və əmin-amanlıq hissi yaranır ki, o, bunun vasitəsilə qarşılaşdığı problemlərdən, üzləşdiyi çətin məqamlardan asanlıqla ötüb keçə bilir. Bu günün münacatında bildirilir ki, insana həqiqi mənada əmin-amanlıq hissini yalnız Allah yaşada bilər. Bu əmin-amanlıq hissi təkcə insanın ruhi-mənəvi aləminə aid. Hətta bu həyatda gündəlik qarşılaşdığı məsələlərə də şamil edilir. 

 

Ramazan ayının 15-ci gününün duası:

 

"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin". 

 

Tərgüməsi:

 

"İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus ibadəti mənə nəsib et! Bu gün təvazökarların tövbəsi ilə qəlbimi işıqlandır! Malik olduğun (və möminlərə verə biləcəyin) əmin-amanlığına and verirəm, ey qorxanlara əminlik və təhlükəsizlik bəxş edən Allah!"

 

 

Ən çox oxunan