Müqəddəs Ramazan ayının 15-i İmam Həsənin (ə) doğum günüdür

Həzrəti Əlinin (ə) şəhid edilməsindən sonra müsəlmanlar imamla xəlifə kimi beyət edirlər

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 02 Iyul 2015, 11:04

Bu gün əziz İslam peyğımbəri Məhəmməd peyğəmbərin (s) birinci nəvəsi, müsəlmanların ikinci imamı Həsən ibni Əlinin (ə) mövlud günüdür.

 

İnterAz xəbər verir ki, imam hicri-qəməri tarixinin 3-cü ilində mübarək Ramazan ayının 15-də Yəsrib (Mədinə) şəhərində dünyaya gəlib. Tarixi hədislərə əsasən imamın adını elə babası Məhəmməd(s) peyğəmbər qoyub. Peyğəmbər uşaq doğulan zaman bir qoyunu qurban kəsib yoxsullara paylayır və saçlarını qırxaraq onun miqdarında nəzərdə tutduğu gümüşü yoxsullara verir.

 

Digər hədislərə əsasən İmam Həsənin babası Məhəmməd peyğəmbərə bənzərliyi daha çox idi. Peyğəmbər imam Həsən və imam Hüseyni behişt gənclərinin ağası adlandırıb. Peyğəmbərin öz nəvələrinə olan məhəbbətini əks etdirən hədisləri əhli-sünnə mənbələrində çoxsaylı şəkildə görmək olar.

 

Hz Əlinin (ə) şəhid edilməsindən sonra müsəlmanlar imamla xəlifə kimi beyət edirlər. Daha sonra imam müsəlımanlar arasında qırğın və müharibənin qarşısını almaq üçün Müaviyə ibni Əbu-Sufyanla sülh sazişinə girməli olur. İmam hicrətin 57-ci ilində səfər ayının 28-də Müaviyə ibni Sufyanın hiyləsi ilə zəhərlənərək, şəhid edilir.

 

Müsəlmanlar imamı Məhəmməd peyğəmbərin (s) məzarı yanında dəfn etmək istədikdə imama müxalif olan şəxslər zorakılığa yol verərək buna mane olur. Bundan sonra imam Mədinə şəhərinin Bəqi qəbirsanlığında dəfn edilir.

 

Ən çox oxunan