Ramazan ayının orucu insanda mənəvi immunitet yaradır – İlahiyyatçı

Mübarək Ramazan ayı insanda mənəvi immuniteti formalaşdırır və insan bunun vasitəsilə digər aylarda da günahlar qarşısında müqavimət göstərə bilir

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 03 Iyul 2015, 11:23

“Ramazan ayında müsəlmanın tutduğu oruc onu digər aylardakı mənəvi vəziyyətinə də təsir göstərir. Bu ayın orucu insanda mənəvi immunitet yaradır”

 

Bu fikirləri İnterAz-a ilahiyyatçı Samir Ağayev bildirib.

 

İlahiyyatçı verdiyi müsahibədə Ramazan ayı və bu ayda məscidlərdə yaşanan abu-havanı təsvir edərkən, insanların xüsusilə də gənclərin bu ayda ibadət məkanlarına daha çox axışdığını və meyl göstərdiklərini bildirib. İlahiyyatçı bəyan edib ki, mübarək Ramazan ayı insanda mənəvi immuniteti formalaşdırır və insan bunun vasitəsilə digər aylarda da günahlar qarşısında müqavimət göstərə bilir.

 

S.Ağayevin sözlərinə görə, bu mənəvi vəziyyəti yaşamaq üçün oruc tutmalı və onun şərtlərinə əməl etməli, əks təqdirdə orucun mənəvi həzzini dadmaq və müsbət təsirlərinin formalaşması mümkün olmayacaq.

 

 

Ən çox oxunan