Oruc tutan şəxs özünü süst və zəif göstərsə Ramazanı dəyərdən salmış olar – İlahiyyatçı
Oruc müsəlmanın iradə və əzmini artırmalıdır
Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 03 Iyul 2015, 17:45
“Ramazan başladıqda oruc tutanların əhvalında tənbəlləşmə süstləşmə və işlərində durğunluq həmçinin özlərini məzlum göstərmə kimi mənfi hallar baş verir ki bu əslində Ramazanı dəyərdən salan səbəblərdəndir.”
Bu fikirləri İnterAz–a ilahiyyatçı, din xadimi Əfqan Muradov bildirib.
İlahiyyatçı Ramazan ayı ilə bağlı verdiyi müsahibədə oruc tutanları bu ayda daha fəal olmağa çağırıb və onları süst və tənbəl rəftar etməkdən çəkindirib.
“Biz oruc tutanlar Ramazan ayında öz fəaliyyət və müqavimətimizi daha da artırmalıyıq. Özümüzü süst və tənbəl göstərməməliyik. Bu ayda “Ramazandır gələ bilmərəm edə bilmərəm” kimi bəhanələr məqbul deyil. Əgər müsəlmanlar Ramazanda süst görünsələr onların dinində səhvin və qüsurun olduğu cəmiyyətlərində durğunluğun yarandığı iddia edilər. Oruc müsəlmanın iradə və əzmini artırmalıdır.”
Ən çox oxunan
-
Qaradağda dəfn olunan şəhidlərlə bağlı icra başçısından - Açıqlama
-
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb
-
Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”
-
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
-
Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən sprey hazırlayıb
-
Qarabağdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
-
Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapılıb
-
“Qaçqınkom”da bir neçə şöbə ləğv olunub, yeniləri yaradılıb
-
Prezident QHT-lərlə bağlı fərman imzalayıb
-
Dövlət başçısı Şuşanın qorunması ilə bağlı göstərişlər verib