Hər bir məxluqun özəlliklərinə baxıb Allah qüdrətini görmək olar – Ramazanın 17-cı günün duası

Quran ayələrinin birində buyurulur ki, biz özümüzü onlara üfüqlərdə və öz canlarında olan nişanələrimizi göstərərik

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 04 Iyul 2015, 11:57

“Allahın varlığını isbat etmək üçün nəyisə açıqlamağa, arqument gətirməyə ehtiyac yoxdur, O öz pərəstişini fitri olaraq insanların qəlbinə qoymuş və yaratdığı məxluqatın və əşyaların fonunda gizlənmişdir” 

 

İnterAz xəbər verir ki, bu gün artıq mübarək ramazan ayının 17-cı günüdür.

 

Belə bir gündə nəzərdə tutulmuş münacatda möminə tövsiyə edilir ki, Allahı tanıyaraq ona dua etsin. Mömin bu ayda yaxşı əməlləri Allahdan istəməlidir. O bilməlidir ki Allahın hər hansı bir açıqlamaya və bəyana ehtiyacı yoxdur. Hədislərdə də bu zəmində buyurulur ki, “ İlahi səni görməyən gözlər kor olsun”. Quran ayələrinin birində buyurulur ki, “Biz özümüzü onlara üfüqlərdə və öz canlarında olan nişanələrimizi göstərərik”. 

 

İnanclı şəxs məxluqata onların yaradılış fəlsəfəsinə azca diqqət yetirsə, onların fonunda Allahı görə bilər və ona digər bir arqument lazım olmayacaq. Onun bəyana, suala və açıqlamaya ehtiyacı yoxdur. Onun evi möminin qəlbindədir.

 

Ramazan ayının 17-ci gününün duası:

 

"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin". 

 

Tərcüməsi:

"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak Əhli-beytinə sənin salavatın olsun".

 

Ən çox oxunan