Heç bir fürsət Ramazandakı fürsətlərlə bir ola bilməz – İlahiyyatçı

Hansı ayda insanın nəfəs almağı zikr , yatmağı isə ibadət hesab edilir!? Əməllərimiz və dualarımız hansı günlərdə daha tez qəbul və müstəcab edilir!?

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 04 Iyul 2015, 12:27

“Hədislərə əsasən Ramazanda olan fürsətlər digər aylarda yoxdur. Buna görə müsəlmanlar orucluğun hansı savaba malik olduğunu bilsəydilər bütün ili Ramazan olmasını arzulayardılar”

 

Bu fikirləri İnterAz–a ilahiyyatçı din xadimi Ramin Dadaşov deyib.

 

İlahiyyatçı Ramazan ayında oruc tutmaq, ibadət etmək, insanlara yardım göstərmək kimi əməllərin misilsiz savaba malik olduğunu və bu ayın tövbə və Allaha qayıdış üçün ən gözəl fürsət kimi qiymətləndirib.

 

“İlin heç bir günü Ramazan günləri ilə eyni tutula bilməz. İlin heç bir gecəsi Ramazanın gecələri ilə bərabər tutula bilməz. Hansı ayda şeytan zəncirlənir!? O hansı gündür ki o gündə cənnət qapıları açıq, cəhənnəm qapıları qapalı saxlanılır!? İlahi ziyafətə hansı gündə dəvət edilirik!? Hansı ayda insanın nəfəs almağı zikr , yatmağı isə ibadət hesab edilir!? Əməllərimiz və dualarımız hansı günlərdə daha tez qəbul və müstəcab edilir!? Bütün bunlar yalnız mübarək Ramazanda baş verir və kamil oruc tutan bu imtiyazlara sahib olur. Ona görə də heç bir fürsət Ramazandakı fürsətlərlə bir ola bilməz”

 

 

Ən çox oxunan