Yaxşı əməllər etməkdə iradəmizdən əlavə Allahın zəmin yaratması da mühüm amildir – Ramazanın 19-cu günün duası

Bu gün mübarək Ramazan ayının 19-cu günüdür

Bakı. Samid Bağırov, Xəyal Şükür, İnteraz - 06 Iyul 2015, 10:33

Bizim müəyyən bir xeyirli əməli həyata keçirmək üçün iradə nümayiş etdirib, qərar verməyimiz kifayət deyil. Burada Allahın nəzərdə tutulan xeyirli əmələ zəmin yaratması da baş verir. 

 

İnterAz xəbər verir ki, bugün mübarək Ramazan ayının 19-cu günüdür.

 

Bu gün üçün nəql olunmuş münacatda müsəlmana, xeyirli işlərdə belə Allahdan yardım diləmək tövsiyə olunur. Oruc tutan bilməlidir ki, müəyyən bir yaxşı işlə bağlı qərar qəbul edirsə, Allahdan bu əməlin həyata keçirilməsində kömək istəməlidir. Çünki yalnız odur ki, xeyir əməllərin həyata keçməsi üçün zəmin yaradır. O yaxşı əməllərə olan yolu asanlaşdıran və münbitləşdirəndir.

 

Ramazanın 19-cu gününün duası 

 

"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". 

 

Tərcüməsi:

 

"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar olan haqq yolunun hidayətçisi.”

 

Ən çox oxunan