Bərdədə DİN-in yeni binası istfadəyə verilib

Ümum vətəndaş pasport almaq istəyənlərə nümunəvi xidmət göstərmək üçün yeni istifadəyə verilən binada müasir avadanlıqlar və yeni texnologiyalar quraşdırılıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 05 Sentyabr 2013, 16:44

Bərdədə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin baş pasport, qeydiyyat və miqrasiya idarəsinin yeni binası istifadəyə verilib.

Bu gündən Bərdə və ətraf rayonların Ağdam, Ağcabədi, Beyləqan, Füzuli,Tərtər və Yevlax sakinlərindən ümum vətəndaş pasport almaq istəyənlərə nümunəvi xidmət göstərmək üçün yeni istifadəyə verilən binada müasir avadanlıqlar və yeni texnologiyalar quraşdırılıb. 


Müasir üslubda tikilən binada otaqlar daha genişdir ki, bu da həm idarənin əmakdaşlarının rahat şəkildə çalışmalarına həm də müraciət edənlərin xidmətdən rahatlıqla istifadə etmələrinə şərait yaradacaq.