Narkotik istifadəçiləri yaxalandı

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək aşkar olunub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 05 Fevral 2014, 17:57

Saatlı polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini 23 yaşlı Elçin Vəzir oğlu Cabbarov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək aşkar olunub. Şöbəyə gətirilən Elçin Cabbarov törətdiyi cinayəti etiraf edib.

Rayon polisinin keçirdiyi digər bir əməliyyat zamanı isə rayon sakini, 31 yaşlı Mikayıl Ramil oğlu Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Hər iki faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.