Yaşayış evində baş vermiş yanğın xəsarətsiz ötüşüb

Evin tavan hissəsində başlalan yanğın tez bir zamanda genişlənməyə başlanıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 05 Fevral 2014, 18:20

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib. Hadisə Rayonun H. Əliyev Prospektində Həsənova Şöləyə məxsus 4 otaqlı  bir dəhlizdən ibarət fərdi yaşayış evində qeydə alınıb. Evin tavan hissəsində başlalan yanğın  tez bir zamanda  genişlənməyə başlanıb. 110 kvm –dən ibarət evin 30 kvm –yaxın hissəsi içindəki məişət əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə cəlb olunuş Biləsuvar yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikaların köməyi ilə evin digər hissəsi yanğından mühafizə olunub. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində yaranmış qısqapanmadan baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.