Azərbaycanda yanacaq oğurlayan YDM-nin fəaliyyəti dayandırılıb

Reyd zamanı məlum olub ki, YDM müştərilərə satılan hər 10 litr benzindən 0,5 litrini kəsərək onlara zərər vurur

Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 09:52

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsinin əməkdaşları Lerik rayonunda reyd keçiriblər. İnterAz-ın xəbərinə görə, reyd zamanı fiziki şəxs Ramin Şiriyevə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) müştərilərə satılan hər 10 litr benzindən 0,5 litri kəsilərək onlara zərər vurulduğu aşkarlanıb.

 

Məlum olub ki, yanacaqdoldurma məntəqəsində, həmçinin lisenziyasız fəaliyyət göstərən və hər an təhlükə törədə bilən maye qazdoldurma məntəqəsi də fəaliyyət göstərir.

 

İstehlakçıların hüquqlarını təmin etmək məqsədi ilə qanun pozuntusuna yol verən yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.