"NETTY" İnternet mükafatı öz yubileyinə hazırlaşır

NETTY-nin keçirilməsi ənənəvi olaraq qaliblərin təntənəli mükafatlandırma mərasimi ilə yekunlaşır

Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 10:22

"NETTY 2014" Azərbaycan Milli internet mükafatının 10-cu yubileyin keçirilməsinə hazırlıq işləri başlanıb. Müsabiqənin rəsmi startı cari ilin martına planlaşdırılıb.

 

İnterAz xəbər verir ki, NETTY-in mükafatı 2004-cü ildə təsis edilmişdir - bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılmış, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır. NETTY ən yaxşı Azərbaycan veb-layihələrini, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edən və mükafatlandıran Mükafat öz mövcudluğu illəri ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirin reputasiyasını əldə edib Müsabiqənin auditoriyası - İnternet istifadəçiləridir.

 

Müsabiqə çərçivəsində həmçinin fəxri nominasiyalar üzrə mükafatların verilməsi həyata keçirilir: "Ən yaxşı mobil proqramlar“ Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi”. Hər il müsabiqədən kənar əlavə nominasiyalar təsis edilir.

 

NETTY-nin keçirilməsi ənənəvi olaraq qaliblərin təntənəli mükafatlandırma mərasimi ilə yekunlaşır, hansıki, özü-özlüyündə ən parlaq, qeyri-adi və yaddaqalan ilin hadisələrdən biridir. Məhz orada NETTY2014 nominasiyalarının finalçıları rəsmi elan olunacaq. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi qaliblərə təntənəli surətdə verilir.

 

Mükafat dövlət qurumları və ən böyük Azərbaycan və beynəlxalq şirkətləri tərəfindən daim rəsmi dəstəklənir. Mükafatla əməkdaşlıqlar məsələləri üzrə [email protected] poçt ünvanına müraciət edin.