Millət vəkilimiz Karabükün fəxri vətəndaşı olub

Bu barədə xanım Paşayeva öz Facebook səhifəsində məlumat verib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 06 Fevral 2014, 10:39

Millət vəkili Qənirə Paşayevaya Karabük fəxri vətəndaşlığına layiq görülüb. Bu barədə xanım Paşayeva öz Facebook səhifəsində məluamt verib:

"Karabük bələdiyyə məclisinə, başqanına və bütün məclis üzvlərinə məni Karabük fəxri vətəndaşlığına layiq gördüklərinə və fəxri hemşeri adı verilməsi ilə bağlı qərar qəbul etdikləri üçün təşəkkür edirəm! Karabük fəxri vətəndaşı olmaq mənim üçün böyük bir qürur və şərəfdir! Karabük haqqında yazımı mənə bu gözəl bölgədə özümü öz evimdəki kimi hiss etdirən dəyərli dostlara dəyərli bələdiyyə başqanına, yardımçılarına, bələdiyyə məclis üzvlərinə, dəyərli valimizə və gözəl xanımına, qardaşım Şükrü bəyə və digər bütün dostlara böyük təşəkkür edirəm! "Doğmaca evim kimi-Karabük" adlandırmışdım sevimli Karabüklə bağlı yazımı. Təşəkkürlər Karabük və orada yaşayan qardaş-bacılarımız! Sizi çox sevirəm və Karabük fəxri vətəndaşı adını doğrultmaq üçün sizinlə birgə mən də Karabük üçün əlimdən gələni etməyə çalışacam. Gözəl Karabükü görməyən dostlara isə mütləq bu gözəl bölgəni ziyarət etməyi, qədim Safranbolunu görməyi tövsiyyə edərdim."