Azərbaycanda oğlan uşaqlarının sayı artıb

Yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur

Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 10:46

Azərbaycanda oğlan uşaqlarının sayı artıb. Normada hər doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Amma son illər bu norma pozulub. 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki onlardan da 53 faizi oğlan, 47 faizi isə qızdır. 2013-cü ildə isə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarının payına düşüb. 

 

Azalmanın əsas səbəblərindən biri uşağın cinsiyyəti bəlli olandan sonra onların abort edilərək götürülməsidir. İnterAz xəbər verir ki, Ailə qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova xezerxeber.com-a deyib ki, əslində oğlan uşaqlarının sayı çox olsa da, onlar arasında ölüm hallarına qızlardan çox rast gəlinir. Artıq komitə valideynlər arasında qız uşaqlarına qarşı olan bir sıra mənfi halların qarşısının alınması üçün hazırda işlərin aparıldığı bildirilir.

 

Sosioloqlar deyir ki, bu zərif cinsin nümayəndələrinə arzuolunmaz cins kimi baxılması ilə əlaqədardır. Başqa bir səbəb isə milli dəyərlərin mövcudluğudur. Yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur.