Dövlət Sosial Müdafiə Fonduna yeni mətbuat katibi təyin olunub

Onun yeni işdə fəaliyyəti ilə bağlı əmr verilib və artıq iki gündür işə başlayıb

Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 11:09

Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yeni mətbuat katibi təyin olunub.

 

Fonddan İnterAz-a verilən məlumata görə, bundan sonra DSMF-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini Əmrah Fəqanoğlu icra edəcək. Onun yeni işdə fəaliyyəti ilə bağlı əmr verilib və artıq iki gündür işə başlayıb.

 
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırkı mətbuat katibi Elman Babayev icra edib. Ə.Fəqanoğlu isə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışıb.