Bakıda avtobus sürücüsü Gürcüstan vətəndaşını vurub

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir

Bakı, Tural Səftərov, İnteraz - 10 Fevral 2014, 14:03

Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücü tutulub.

 

İnterAz-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, fevralın 9-da saat 19 radələrində Xəzər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Gürcüstan vətəndaşı Əfail Gülməmmədov vurulub. Piyada hadisə yerində ölüb.

 

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Daewoo" markalı avtobusun sürücüsü, Bakı şəhər sakini Elşən Məmmədov tutulub.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.