Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edəcək

Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Mərkəzi rayon xəstəxanasına müraciət edə bilər

Bakı, Tural Səftərov, İnteraz - 10 Fevral 2014, 14:50

Səhiyyə naziri Oqtay Şirəliyev fevralın 11-də saat 13:00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən xəbərə görə, nazir İmişli rayon sakinləri ilə yanaşı, ətraf Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli rayon sakinlərini də qəbul edəcək. Qəbulda vətəndaşları maraqlandıran məsələlər, şikayət, təklif və fikirlər dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Mərkəzi rayon xəstəxanasına müraciət edə bilərlər.