Bakıda zəlzələ anı kadrlarda

Bakıda baş verən zəlzələdən sonra sakinlər təşvişə düşüb

Bakı, Tural Səftərov, İnteraz - 10 Fevral 2014, 16:10

Hadisə şahidlərinin İnterAz-a verdiyi məlumata görə, Bakıda baş verən zəlzələdən sonra sakinlər təşvişə düşüb. Aldığmız məlumata görə, hətta sakinlər evlərini də tərk ediblər.

 

***

 

Respublika seysmoloji xidmətinin məlumatına görə, yerli vaxtla saat 16:06:49-da  Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub, maqnitudası 5,70, dərinliyi isə 55 km olub. Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

 

***

 

Bir neçə dəqiqə bundan qabaq Bakıda təkanlar qeydə alınıb.

 

İnterAz-ın xəbərinə görə, yerli vaxtla saat 16:06-da yeraltı təkanlar hiss olunub. Yeraltı təkanlar Bakı ilə yanaşı Sumqayıt, Masallı, Lənkəran, Şirvan, İsmayıllı və digər rayonlarda da hiss olunub.

 

Bəzi məlumatlara görə, Azərbaycanda, əsasən də Bakı, Şamaxı, Mərəzə ətrafı 5.7 bal gücündə zəlzələ olub. Dağıntı yoxdur.

 

Zəlzələnin episentri barədə dəqiqləşdirildikdən sonra əlavə məlumat veriləcək.