Zəlzələ zamanı Ayət namazı qılınmalıdır

Hər bir insan Allaha sığındığını sübuta yetirmək istəyirsə Allah qarşısında əyilməlidir

Bakı, B.Samid, Tural Səftərov, İnteraz - 10 Fevral 2014, 17:09

Zəlzələ baş veribsə “Ayət namazı” qılınmalıdır.

 

İnterAz xəbər verir ki, az öncə Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Azərbaycanın əksər bölgələrində hiss edilib və əhalinin qorxmasına səbəb olub.

 

Zəlzələ nadir hadisələrdəndir ki, insanlar bu zaman sidqi-ürəklə Allaha sığınmaq istəyirlər. Belə olan halda dini nöqteyi-nəzərindən zəlzələ namazının qılınması vacibdir və hər bir insan Allaha sığındığını sübuta yetirmək istəyirsə Allah qarşısında əyilməlidir. 

 

Zəlzələ namazı (Ayət namazı) sübh namazı kimi iki rükətdən təşkil edilib. Bu namazın hər rükətində 5 ruku vardır. Onun qaydaları niyyətdən sonra təkbir deməklə başlayır. Bir Həmd və bir surənin tamam oxunmasından sonra, rukuya getmək lazımdır. Elə birinci rükətdə ikən bu əməl ümumilikdə 5 dəfə təkrarlanır. İkinci rükətdə də eyni əməl (Həmd surə və rüku) 5 dəfə təkrarlanır, və ikinci rükətin iki səcdəsindən sonra namaz bitmiş olur.