Bərdədə təhsil işçilərinin konfransı keçirilib

Konfransda ötən tədris ilinin yekunlarını və qarşıda duran vəzifələri müzakirə edilib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 09 Sentyabr 2013, 14:18

Bərdə rayonunda təhsil işçilərinin konfransı keçirilib. Konfransda ötən tədris ilinin yekunlarını və qarşıda duran vəzifələri müzakirə edilib. Keçirilən konfransda rayon təhsil şöbəsinin müdiri məruzə ilə çıxış edib. Bildirib ki, bu il 313 nəfər ali məktəblərə qəbul olub. Onlardan 57-si yüksək bal toplayıb. Əvvəlki illərlə müqayisədə bu il yüksək bal toplayanların sayında artım müşahidə olunur. 

Digər çıxış edənlər isə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, bu istiqamətdə tədbirlər bu il də davam etdirilir. Hazırda 3 yeni məktəb binası inşa olunur. Daha 2 yeni məktəb bu yaxın günlərdə istifadəyə veriləcək. Nazirlər kabinetinin sərəncamına əsasən məcburi köçkünlərin məskunlaşdığı 39 məktəb binası isə məcburi köçkünləri köçürdükdən sonra təmir olunacaq və yaxud da yenisi tikiləcək. Konfransın sonunda ali məktəbə yüksək balla daxil olan məzunlara rayon icra hakimiyyətinin qiymətli xatirə hədiyyələri təqdim olunub.