Təhsil Nazirliyinin narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbirlər planı təstiqlənib

Əmrdə Təhsil Nazirliyinin aidiyyatı struktur bölmələrinin, yerli təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərlərinə tədbirlərin icrasını təmin etmək tapşırılıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 09 Sentyabr 2013, 15:50

Təhsil naziri Mikayıl Cabbarov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər planının təsdiqi barədə əmr imzalayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, əmrdə Təhsil Nazirliyinin aidiyyətı struktur bölmələrinin, yerli təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək tapşırılıb. Təsdiq edilən Tədbirlər Planının siyahısı nazirliyin rəsmi internet saytında www.edu.gov.az yerləşdirilib.