Kanadada stadionun səmasında görünən UNO tamaşaçıları şoka salıb

Arenanın səmasında peyda olan və sonra da ani şəkildə, fantastik sürətlə yoxa çıxan obyektin nə olduğu bilinmir

Bakı, İlkin Nadirov, İnteraz - 10 Sentyabr 2013, 10:56

Kanadanın Vankuver şəhərindəki "Nat Bailey Stadium"da yaşanan olay oradakı tamaşaçılarla yanaşı, beysbolçuları və jurnalistləri də şoka salıb.

 
"Vankuver Kanadians" klubunun "Everett AquaSoks"u üstələdiyi matç əsnasında stadionun üzərində uçan naməlum obyekt (UNO) peyda olub.
 
Daily Mail-in məlumatına görə kanadalıların 5:1 hesabla qalib gəldiyi matçda baş verənləri arenanın tribunalarında olan minlərlə azarkeş smartfon və fotokameralarla çəkib.
 
Arenanın səmasında peyda olan və sonra da ani şəkildə, fantastik sürətlə yoxa çıxan obyektin nə olduğu bilinmir.
 
2011-ci ilin noyabrında Amerika Futbol Liqası çərçivəsində ABŞ-ın Sent-Lüis şəhərində oynanmış matçda da arenanın üzərində uçan naməlum obyekt peyda olmuşdu.