Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Qəza yüksək sürət nəticəsində baş verib

(c) İnterazTv

Bakı, Vüsal Nəbiyev, İnteraz - 10 Sentyabr 2013, 13:59

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən gün axşam saatlarında rayonun stansiya yaşayış massivində qeydə alınıb.

Salyan şəhər sakini, 35 yaşlı Şakir İsrəfil oğlu Mövsümov idarə etdiyi “Qaz-31”markalı minik maşını ilə rayon mərkəzinə doğru hərəkətdə olarkən anidən idarəetməni itirib. Sürət həddi o qədər yüksək olub ki, “Qaz-31” markalı maşın əvvəlcə bardurlara çırpılaraq sonra yuvarlana-yuvarlana təxminən 100 metr yoldan kənara düşüb. Hadisə zamanı sürücü
Şakir Mövsümov yerindəcə keçinib.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.