Bakıda ikimərtəbəli yaşayış binası yandı

Yanğınsöndürənlərin cəhdi nəticəsində artıq alov söndürülüb

Bakı, Tural Səftərov, İnteraz - 17 Fevral 2014, 13:27

Bu gün saat 12:50 radələrində Bakının Nəsimi rayonu ərazisində ikimərtəbəli yaşayış binasında yanğın baş verib. İnterAz anspress.com-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Topçubaşov küçəsi-105 ünvanında yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə 3 yanğınsöndürən maşın göndərilib. 

 

Alovun ərazidəki digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin cəhdi nəticəsində artıq alov söndürülüb. 

 

İlkin ehtimala görə, yanğın elektrik xətlərindəki qısaqapanmadan baş verib. Lakin hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

 

Yanğın nəticəsində xəsarət alan olmayıb.