Hacı Şahin "İpək yolu"nda - Foto

Yaranan birliklərin problemlərin həllində mühüm rol oynadığını deyən ilahiyyatçı görüşdən məmnunluğunu bildirib

Bakı, Tural Səftərov, İnteraz - 17 Fevral 2014, 13:46

Azərbaycanın tanınmış ilahiyyatçısı, “Mənəvi Dünya İctimai Birliyi”nin sədri Hacı Şahin Həsənli "İpək Yolu"  Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin (SİDİB) qonağı olub. İnterAz Simsar.az-a istinadən xəbər verir ki, "İpək Yolu" SİDİB-in baş katibi Sərraf Nəzərov qonağa birliyin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

 

Qeyd olunub ki, "İpək Yolu" SİDİB yaxın vaxtlarda fəaliyyətə başlamasına baxmayaraq, Azərbaycan sahibkarları üçün dünyanın 150 ölkəsində iş imkanı yaratmaq gücündədir. Birliyin geniş beynəlxalq əlaqələrə sahib olduğunu deyən S. Nəzərov sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi üçün faydalı işlər görüldüynü vurğulayıb. “Hazırda Birliyin 100-dən artıq üzvü var və üzvlərimizin sayı durmadan artır. Üzvlər arasında müxtəlif sahələri təmsil edən iş adamları var”.

 

Hacı Şahin Həsənli isə görülən işlərin ölkəmiz üçün xeyirli olduğunu, Azərbaycanda iqtisadiyyatın inkişafı üçün sahibkarların üzərinə böyük iş düşdüyünü bildirb. Yaranan birliklərin problemlərin həllində mühüm rol oynadığını deyən ilahiyyatçı görüşdən məmnunluğunu bildirib və  “İpək yolu” Sahibkarılğın İnkişafına Dəstək İctimai Birliyinə uğrlar arzulayıb.

 

Görüşün sonunda Hacı Şahinə "İpək Yolu" SİDİB-in xatirə hədiyyəsi təqdim olunub.