Bu şirkətlərdən ev almayın!
Bir sıra şirkətin bina layihələndirmək lisenziyası dayandırılıb
Bakı, Tural Səftərov, İnteraz - 17 Fevral 2014, 14:02
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə şirkətin "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığı (lisenziya) dayandırıb.
İnterAz APA-ya istinadən xəbər verir ki, buna səbəb həmin şirkətlərin lisenziya şərtlərinə və tələblərinə riayət etməməsi olub.
Komitədən verilən məlumata görə, Komitənin qərarı ilə "Art Akademiya", "Sentr-İMD", "Azərbaycan John Brown" şirkətlərinə, həmçinin Namik Mədət oğlu Xələfova və Rafael Aydın oğlu Yaqubova verilmiş lisenziyalar ləğv olunub.