Yol terroru: Lənkəranda avtoqəza nəticəsində 78 yaşlı piyada dünyasını dəyişib

Qəzanın sürücünün avtomaşını yüksək sürətlə idarə etməsi zamanı baş verdiyi bildirilir

Lənkəran, İlkin Rzayev, Vüsal Nəbiyev, İnteraz - 17 Fevral 2014, 15:03

Lənkəranda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə saat 16:30 radələrində rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb. Astara şəhər sakini, 26 yaşlı Araz İbrahim oğlu Novruzlu idarə etdiyi "Vaz 2107" markalı avtomaşınla Astara istiqamətində hərəkətdə olarkən, Şıxəkəran kəndi ərazisində yolu keçmək istəyən 78 yaşlı Əliyev Məmmədağa Xudabaxış oğlunu vurub. Zərbənin nəticəsində müxtəlif bədən xəsarətləri alan piyada, hadisə yerindəcə keçinib. Hadisənin baş verməsinə səbəb kimi sürücünün avtomobili yüksək sürətlə idarə etməsi göstərilir.

Artıq hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.