Azərbaycanda nikaha girən 86 min nəfərdən 11,6 faizi boşanır

Əsas səbəb uşaqların olmamasıdır

Bakı, İlkin Nadirov, İnteraz - 17 Fevral 2014, 15:20

“Milli məclisin yaz sessiyası üçün parlamentin sosial siyasət komitəsinin mətbəxində 2 layihə işlənilir”- bu barədə İnterAz və SalamNews-a müsahibəsində millət vəkili Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, bunların biri uşaqların istirahəti haqqında qanun layihəsidir, ikincisi reproduktiv sağlamlıq haqqında qanun layihəsidir.

 

“Hər iki qanun əslində orta səviyyədə işlənmiş qanundur. Bunlarda sadəcə xırda nüanslar var ki, onlar diqqəti cəlb edir. Bu əsasən maliyyə tutumu ilə bağlıdır. Bütövlükdə hər iki layihəyə cəmiyyətdə ehtiyac var. Biz bu layihələrdə bütün təbəqələrin fikirlərini öyrənmək istəyirik. Bu bir mənalıdır ki, uşaqların istirahəti təmin olunmalıdır. İlk olaraq asudə vaxtla bağlı işlər görülməldir. İkincisi, bu dəqiqə internet-mania, facebook-a maniya uşaqlarımızı o həddə çatdırıblar ki, onlar otaqdan qırağa çıxmırlar, gözləri və yaddaşları pozulur. Eləcə də reproduktiv sağlamlıq qanunu. Təsəvvür edin ki, Azərbaycanda  boşanmalar 11,6 faiz təşkil edir. Təxminən 86 min nikaha girənin 11,6 %-i boşanır. Nədən boşanırlar? Əsas səbəb uşaqların olmamasıdır. Nikaha girənlərin 13 faizinin uşaqları olmur. Səbəb yenə də reproduktiv səviyyənin aşağı olmasıdır.