Nazir səyyar qəbulda

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər

Bakı, Tural Səftərov, İnteraz - 18 Fevral 2014, 10:44

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov fevral ayının 25-də saat 11:00-da Quba ərazi kənd Təsərrüfatı İdarəsinin inzibati binasında (Quba rayonu, Timiryazev qəsəbəsi) Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.

 

İnterAz-ın məlumatına görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 050-636-09-09, 023-33-5-19-50)tərəfindən həyata keçiriləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.